05 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bütün dünya TÜRKLƏRi BİRLƏŞİR!

12.11.2021


Türk Şurasının adını Türk Dövlətləri Birliyinə dəyişdirməsi çox mühüm əhəmiyyət kəsb edir.

Bu sözləri Axar.az-a bu gün Türk Şurası dövlət başçılarının İstanbulda keçiriləcək görüşü barədə danışan politoloq Turab Rzayev deyib.

O bildirib ki, bugünkü Zirvə görüşünün əhəmiyyəti həm də Türkmənistanın bu birliyə qoşulması ilə bağlıdır:

"Düşünürəm ki, regionun gələcəyi məhz türk dövlətlərinin birliyindən keçir. Xüsusi ilə Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsi ilə təsdiq olunmuş yaxın əməkdaşlıq və müttəfiqliyin nümunəyə çevriləcəyi gözlənilir: digər türk ölkələr ilə də analoji sazişlər bağlanacağı və Yaxın Şərqdən Mərkəzi Asiyaya qədər geniş coğrafiyanı əhatə edən iqtisadi-siyasi gücün meydana gələcəyi ehtimalı çox güclüdür. Burda əsas ana kanal Türkiyə üzərindən Zəngəzur dəhlizi ilə Azərbaycan və Orta Asiyaya açılan qapıdır. Bu iqtisadi dəhliz bütün region və dünya üçün yeni imkanlar açır və Türk Dövlətləri Birliyinin gələcək iqtisadi rolunun artmasını təmin edir”.