29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

MAKEDON, yoxsa Aqil Ağacanov ?

22.08.2018

Makedon, əslində isə Aqil Ağacanov 22 avqust 1949-cu ildə Bakının Sabunçu rayonunun Pirşağı kəndində dünyaya göz açmışdır.
Bakı şəhəri 112 saylı orta məktəbi 8 illik sistemlə bitirmiş, lakin sonra gecə məktəbində Ramana müəllimlərindən təhsil almışdır. Orta təhsilini bitirdikdən sonra 1969-cu ildə hərbi xidmətə yola düşmüşdür.
Uzun müddətdir ki, aşpaz, xüsusilə də kababçı kimi fəaliyyət göstərir və bütün Bakı kəndlərində onu elə kababçı Aqil kimi tanıyırlar. Ailəlidir, ikisi qız, biri oğlan olmaqla üç övladı və iki nəvəsi vardır.
Aqil Ağacanovun oynadığı Makedon rolu "Bizim Cəbiş müəllim" filmindəki maraqlı obrazlardan biridir. Onu filmə təsadüfən çəkirlər. Belə ki, Aqillə bulvarda təsadüfən nərd oynayan rejissor Həsən Seyidbəyli nərddə uduzduqdan sonra sözünü tutaraq, Aqili Makedon roluna sınaqlara çağırır. Çünki oyuna başlamazdan öncə Aqil Ağacanov Həsən Seyidbəyli ilə mərc kəsir ki, əgər rejissor uduzsa, onu kinoya çəkəcək və belə də olur.