03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu şəxslərin maaşı artırılır

12.11.2021


Azərbaycan işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışın həyata keçirilməsini prioritetlər sırasına daxil edib.

Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təsil, Ailə, qadın və uşaq məsələri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov bildirib.

"İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işləri sürətli şəkildə həyata keçirilir”, - deyə o, qeyd edib.

Bundan başqa, nazir əlavə edib ki, gələn ilin dövlət büdcəsi layihəsində müdafiə və təhlükəsizlik sahəsi üzrə ayrılan xərclər prioritet xərclər kimi təsnif edilib:

"İşğaldan azad edilmiş ərazilərdə xidmət edən hüquq-mühafizə orqanlarının əməkdaşlarının əmək haqlarının artırılması nəzərdə tutulur. Müdafiə xərclərinin hesablanmasına hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması məsələsi də yer alıb”.