ABŞ zabiti qətlə yetirilib 
    
                          
     
                         11.11.2021
 
    
                        
İraqda ABŞ Silahlı Qüvvələri mərkəzi komandanlığının yüksək rütbəli zabiti qətlə yetirilib.
İraq mətbuatı xəbər verir ki, Bağdadda qətlə yetirilən zabitin kimliyi açıqlanmayıb. Onun naməlum şəraitdə öldürüldüyü bildirilir.
ABŞ-ın İraqdakı hərbi hissələrinin komandanlığı məlumatı təkzib etməyib.
İraqın xüsusi xidmət orqanları faktla bağlı araşdırmalara başlayıb.