Dam örtüyü qopdu və ciddi fəsad törətdi  
    
                          
     
                         11.11.2021
 
    
                        
Güclü külək nəticəsində qopan dam örtüyü Abşeron sakininin qarnını deşib.
Hadisə Güzdək qəsəbəsində baş verib.
Belə ki, 1994-cü il təvəllüdlü Rahib Nehmətov 1 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.
Bildirilir ki, R.Nehmətov küçədən keçərkən güclü külək nəticəsində evdən qopan dam örtüyünün bir parçası onun qarnına batıb. Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.