25 08 2025-cu il Bakı 30 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

"Bakı və Moskva böyük sövdələşməyə hazırlaşır"

10.11.2021


Qarabağdakı Rusiya sülhməramlılarının mandatı 5 il müddətinə yenilənə bilər, amma Azərbaycanın veto hüququ var.

Bunu britaniyalı ekspert Tomas de Vaal "Kommersant”a müsahibəsində deyib.

"Qarabağ erməniləri mümkün olan ən yüksək statusla evdə qalmaq üçün əllərindən gələni edəcəklər. Azərbaycan ermənilərə və Rusiya sülhməramlılarına maksimum təzyiq göstərəcək. Bu məsələyə ciddi yanaşılmasa, 2025-ci ilə qədər sabitliyin pozulmasını proqnozlaşdıra bilərəm”, - de Vaal bildirib.

Onun sözlərinə görə, Rusiya sülhməramlı missiyalarına başladığı yerlərdə uzun müddət qalır:

"Əgər onlar Qarabağ ermənilərini müdafiəsiz qoysaydılar, bu, Rusiya tərəfindən siyasi uğursuzluq olardı. Fikrimcə, Moskvada buna ciddi yanaşırlar. Amma məsələ odur ki, Moskva ilə Bakı arasında böyük sövdələşmə olacaq, bu bazarlıq təkcə Qarabağ ətrafında aparılmayacaq. O, başqa, tamamilə fərqli məsələlərə toxuna bilər”.