28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ayda donmuş su aşkaranıb

22.08.2018

Alimlər Ayın səthində donmuş suyun mövcudluğu barədə təkzibedilməz sübutların olmasına əmindirlər. 
Çox qədim mənşəyi olan buzlar Yerin təbii peykinin şimal və cənub qütblərində aşkar olunub.
BBC xəbər verir ki, bu nəticələr 2008-2009-cu illərdə Ayın səthində tədqiqat aparmış Hindistanın "Chandrayaan-1” kosmik missiyasının təqdim etdiyi faktlara əsaslanıb. Belə ki, bu missiyanın hazırladığı Ayın Mineraloji Xəritəsində buradakı suyun üç halı (maye, bərk və buxar) olduğu əksini tapıb. Cənub qütbündə donmuş su mənbələri kraterlərdə sıx kütlə halında, şimalda isə daha seyrək və geniş əraziyə yayılmış vəziyyətdədir. Xüsusi cihaz vasitəsilə bu buzların udduğu infraqırmızı şüaların miqdarı da müəyyən edilib.
Astronomlar bildirirlər ki, əslində, Ayda gündüz vaxtı 100 dərəcə selsiyə çatan temperatur buz kütləsinin yaranmasına imkan vermir. Lakin Ay öz oxu ətrafında 1,54 dərəcə fırlanaraq əyildiyi üçün cənub və şimal qütbləri günəş şüalarına məruz qalmır. Məhz bu səbəbdən qütblərdəki kraterlərdə temperatur mənfi 157 dərəcə Selsiyə çatır. Ayın iki qütbündə olan bu xüsusiyyətlər isə suyun donmasına və buzların uzun müddət qalmasına şərait yaradır.
Alimlərin fikrincə, kraterlərdə buzun bir neçə millimetr qalınlıqda olması gələcəkdə insanların Ayın səthindəki suyu tədqiq etməsinə imkan yarada bilər.
Günəş sisteminin digər cisimlərində - Merkuri və cırtdan planet Seresin səthində də donmuş su aşkar edilmişdi.