25 08 2025-cu il Bakı 27 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyanıb - FOTO

09.11.2021

8 noyabr – Zəfər Günü tarixində Amerika Birləşmiş Ştatları (ABŞ) və Kanada arasında yerləşən və dünyanın ən böyük şəlalələrindən olan Niaqara şəlaləsi Azərbaycanın dövlət bayrağının rənglərinə boyanıb.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən Oxu.Az-a verilən məlumata görə, Azərbaycan bayrağının fonunda torpaqlarımızın azad olunması yolunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib, musiqiçilər Rizvan Əliyev və Röya Əliyeva tərəfindən milli mahnılar ifa olunub.

Tədbirdə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim, səfirliyin əməkdaşları və ABŞ-da yaşayan Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.