30 04 2024-cu il Bakı 26 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kristalina Georgiyeva: “Səylər göstərərək təhlükəsiz dünyamızı təmin edə bilərik”

04.11.2021

 "Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və BMT COVID-19-dan sonrakı dünyaya aid olan məsələləri müzakirə edir. Buna görə sizi təbrik edirəm. Bu, əslində, bizdə nikbinlik yaradır ki, COVID-19 artıq geridə qalır və biz hamı üçün daha yaxşı gələcəyin qurulmasına çalışırıq. Kütləvi dəstək və peyvəndlənmə sayəsində dünya ölkələri artıq bərpa olunmaq üzrədir”.

AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun Sərəncamçı direktoru xanım Kristalina Georgiyeva VIII Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.

Ölkələr arasında peyvəndlərin bərabər paylanması, eyni zamanda, həmrəylik üçün şəraitin yaradılmasının vacibliyini vurğulan Kristalina Georgiyeva deyib ki, indi əsas məqsəd bu ilin sonuna qədər dünya ölkələri əhalisinin 40 faizi peyvəndlənməsidir.

"Biz ən ağır çətinliklərin aradan qaldırılmasına çalışmalıyıq. Səylər göstərərək təhlükəsiz dünyamızı təmin edə bilərik. Çünki bizim qarşımızda olan məqsədlər eynidir – hamı üçün daha yaxşı dünya qurmaq”, - deyə Beynəlxalq Valyuta Fondunun Sərəncamçı direktoru qeyd edib.