05 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakının ən uzun tunellərindən biri ilə bağlı ŞİKAYƏT

04.11.2021

 Sosial şəbəkələrdə paytaxtın Ziya Bünyadov prospektində tunelin işıqlandırılmasının zəif olduğuna dair məlumatlar paylaşılıb.

Belə ki, sözügedən ünvanda yerləşən tuneldə işıqlandırmanın əvvəlki dövrlərlə müqayisədə zəif olduğu, bunun isə yol-nəqliyyat hadisələrinin baş verməsinə şərait yaratdığı bildirilib.
Sürücülər işıqlı havadan tunelə girən zaman digər nəqliyyat vasitələrini görməkdə çətinlik çəkdiklərindən şikayətlənərək, aidiyyəti qurumların məsələyə münasibət bildirmələrini istəyirlər.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, tunelin işıqlandırılmasının zəif olduğuna dair irəli sürülən iddialar əsassızdır:

"Paytaxtın Ziya Bünyadov prospektindəki tunelin işıqlandırılmasında heç bir zəifləmə yoxdur. Daha yaxşı işıqlandırma üçün tunelə hər tərəfdən əlavə işıqlar da qoşulub”.