05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Karateçilərimiz İstanbulda dünya çempionatında iştirak edəcək

04.11.2021

 Azərbaycan karateçiləri 5-7 noyabr tarixlərində İstanbulda keçiriləcək şotokan karate üzrə dünya çempionatına yollanıb.

DM xəbər verir ki, mötəbər yarışda mlli komandamızın və müxtəlif klubların üzvlərindən ibarət 30-dan artıq idmançını 7 məşqçi müşayiət edəcək.

Karateçilərimiz Türkiyədəki bu yarışda Azərbaycan Milli Karate Federasiyasının prezidenti, Ümumdünya Şotokan Federasiyasının (WSF) vitse-prezidenti və İdarə heyətinin üzvü Yaşar Bəşirov, həmçinin WSF-nin Azərbaycan nümayəndəsi Rənad Əliyevin rəhbərliyi altında iştirak edəcək.

Qeyd edək ki, dünya çempionatında 27 ölkədən 1000-dək idmançı mübarizə aparacaq.