01 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Alban-Udi xristian dini icması üzvlərinin Hadruta səfəri başlayıb

04.11.2021

 Qafqazdakı Alban Həvarilər Müstəqil Kilsəsinin varisi olan Alban-Udi xristian dini icması üzvlərinin erməni işğalından azad edilən Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfəri başlayıb.

"Report” xəbər verir ki, dini icma üzvləri qəsəbədəki qədim alban məbəd və kilsələrini ziyarət edəcəklər.

Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə həyata keçirilir.

Xatırladaq ki, Alban-Udi xristian dini icması üzvləri daha əvvəl Kəlbəcər rayonundakı Xudavəng monastırını və Laçın rayonundakı Ağoğlan məbədini ziyarət ediblər.