01 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezident Qlobal Bakı Forumunda erməni vandalizmindən DANIŞDI

04.11.2021

 "Azad edilmiş ərazilərimiz tamamilə yerlə-yeksan olunub. Orada heç bir bina qalmayıb. Hətta qeyd edim ki, bütün tarixi binaları, 67 məsciddən 65-ini dağıdıblar, bütün ictimai binaları yerlə-yeksan ediblər”. 

DM-in məlumatına əsasən, bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "COVID-19-dan sonrakı dünya” mövzusunda keçirdiyi VIII Qlobal Bakı Forumunda çıxış edərkən deyib.

Dövlət başçısı vurğulayıb ki, bu, əslində barbarlığın təzahürüdür. 

Prezident qeyd edib ki, hazırda Azərbaycan dövləti azad edilmiş əraziləri bərpa edir:

"Genişmiqyaslı dövlət proqramı həyata keçirilməyə başlayıb. Ümid edirik ki, erməni işğalından əziyyət çəkmiş bir milyondan artıq soyqdaşımızı, qaçqın və məcburi köçkünləri öz yerlərinə qaytara biləcəyik. Bu müharibə onu göstərdi ki, gec və ya tez ədalət zəfər çalacaq”.