01 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Necdet Ünüvarın "Bakı Qlobal Forumu" haqqında AÇIQLAMASI

04.11.2021

 "Azərbaycanda olmaqdan böyük məmnunluq hissi keçirirəm. Azərbaycan dünyada həm iqtisadi, həm də sosial məsələlərə biganə qalmayan ölkələrdən biridir. Bugünkü forumda COVID-19-dan sonra dünya ölkələrinin vəziyyəti dəyərləndiriləcək”.

"Report” xəbər verir ki, bunu Ankara Universitetinin rektoru Necdet Ünüvar Bakıda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, koronavirus pandemiyası bütün dünya üçün bir təcrübə oldu:

"Bu, həm təhsil, həm səhiyyə, həm də sosial sahələrdə özünü büruzə vermiş oldu. Bakı Qlobal Forumu da bu sahədə önəmli tədbirdir. Forumda COVID-19-dan sonrakı müddətdə dünyada nələrin ola biləcəyi və gələcəkdəki digər pandemiya zamanlarında necə hərəkət etməli olduğumuza dair müzakirələr aparılacaq. Tədbirdə həmçinin, koronavirusla mübarizədə dünyanın müxtəlif ölkələrinin təcrübələri müzakirə ediləcək. Təbii ki, Azərbaycanın bu sahədəki təcrübəsi də müzakirə mövzuları sırasında olacaq”.