01 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çində İCTİMAİ ÇAĞIRIŞ

04.11.2021

 Çində əhaliyə qış üçün ərzaq ehtiyatı toplamaq çağırışı edilib. Səbəb kimi son vaxtlar baş verən daşqınların kənd təsərrüfatı torpaqlarına ziyan vurması göstərilib.

Çinin Ticarət Nazirliyi öz internet saytında əhalini "qış üçün ərzaq ehtiyatı yığmağa” çağırıb.

Yerli əyalət rəhbərlərinə də "qışa hazırlaşmaq” tapşırılıb.

Ərzaq təhlükəsizliyinin təmin edilməsi və daşınması üçün tədbirlərin həyata keçirilməsi istənilib.

Çin hökumətinin bu çağırışı ölkədə ictimaiyyətin narahatlığına səbəb olub. İl boyu daşqınlarla üzləşən ölkədə kənd təsərrüfatı sahələrinə dəyən ziyan nəticəsində tərəvəz və meyvələrin qiyməti rekord həddə çatıb.

Hökumət "ehtiyat edin” və "hazır olun” çağırışlarının səbəbini açıqlasa da, insanlar başqa səbəblərin olduğunu düşünür. Sosial mediada çağırışın yeni bağlanmalara və səyahət məhdudiyyətlərinə səbəb olacaq epidemiya ilə əlaqəli olduğu barədə şərhlər verilir.

Çağırışın səbəbinin Tayvana hücum planları ilə bağlı olduğunu düşünənlər də var.