01 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Türkiyə bundan sonra da Azərbaycanın yanında olacaq” - Binəli Yıldırım

04.11.2021

 "Dörd gün sonra Qarabağ Zəfərini qeyd edəcəyik. 44 gün davam edən Vətən müharibəsində işğal altında olan Azərbaycan torpaqları bərpa edilib”.

"Report”un xəbərinə görə, bunu Türkiyənin keçmiş Baş naziri  deyib.

O bildirib ki, Türkiyə hər zaman qardaş Azərbaycanın yanında olub və bundan sonra da yanında olacaq.

"Azərbaycana - qardaş ölkəyə gəlmişik. Bir millət, iki dövlət olaraq qiymətləndirdiyimiz gözəl, can Azərbaycanda bu gün sayca 8-ci olan Qlobal Bakı Forumu keçirilir. Əvvəllər bu forumlardan birində iştirak etmişəm. Budəfəki Forumda koronavirus pandemiyasından sonrakı dövrdə formalaşacaq yeni dünya düzənində regional və beynəlxalq məsələlərin inkişafı geniş müzakirə olunacaq. Bu gün dünyanın hər bir yerindən bu foruma gələnlər var”, - B.Yıldırım əlavə edib.