02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ramin Bayramlının təmsil etdiyi təşkilat fəaliyyətini dayandırdı

02.11.2021

Bu ilin sentyabr ayında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə heyətinin sədri vəzifəsindən istefa verən Ramin Bayramlının sədr müavini olduğu təşkilat fəaliyyətini dayandırıb. 

"Qaynarinfo”nun əldə etdiyi məlumata görə, "Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri” İctimai Birliyi fəaliyyətini dayandırıb. 

Qeyd edək ki, təşkilatın sədri Arif Əfəndiyev, sədr müavini Ramin Bayramlı, məsul katibi isə tibb üzrə fəlsəfə doktoru Yavər Hacısoydur. 

Y.Hacısoy İB-nin fəaliyyətinin dayandırılmasını təsdiqləyib. Bildirib ki, ölkədə koronavirus dövrü olduğu üçün təmsil etdiyim təşkilat fəaliyyət göstərə bilmədi: "Bu barədə daha ətraflı Arif Əfəndiyevdən öyrənə bilərsiniz”.