05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan Pakistandan “JF-17” qırıcılarını almaqda maraqlıdır

02.11.2021

 Azərbaycan Pakistandan "JF-17 Thunder” qırıcı təyyarələrini almaqda maraqlıdır.

Bu barədə Azərbaycanın Pakistandakı səfirliyinin hərbi attaşesi polkovnik Mehman Novruzov bildirib.

O, söhbətin "Block 3” modifikasiyasından getdiyini qeyd edib.

Hərbi attaşe Azərbaycanın öz hərbi-hava qüvvələrinin müasirləşdirilməsi üzərində çalışdığını və Pakistan qırıcılarının alışının əsas prioritetlərdən biri olduğunu deyib.

"Pakistandan "JF-17 Thunder” qırıcılarının alınması ikitərəfli hərbi əməkdaşlıq sahəsində gündəlikdə duran əsas məsələdir”, - deyə M.Novruzov əlavə edib.

Qeyd edək ki, "Block 3” əvvəlki "JF-17”lərlə müqayisədə kabinənin elektronikasının və radar sistemlərinin modernizasiyası ilə fərqlənir.