05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bütün diqqət iqlim sammitində toplandı

02.11.2021

Ötən gün Şotlandiyanın Qlazqo şəhərində başlayan və noyabrın 12-dək davam edəcək Birləşmiş Millətlər Təşkilatının 26-cı İqlim Dəyişikliyi Konfransı (COP26) 'dünya üçün son şansımız' deyə təyin edildi.

DM SABAH HABER-ə istinadən xəbər verir ki, konfransda dünya liderləri ilə yanaşı 30 min insan iştirak edəcək. 

Qeyd edək ki, COP26-nın rəsmi hədəfləri dörd maddədə ümumiləşdirilmişdir: 1) Bütün ölkələr 2050-ci ilə qədər bütün öhdəliyi üzərinə götürür və qlobal istiləşməni 1,5 dərəcədə saxlamaq məqsədinə doğru işə başlayırlar. 2) İnsanları və təbii yaşayış mühitini qorumaq üçün əməkdaşlığın həyata keçirilməsi. 3) İqlim dəyişikliyinin azaldılması və uyğunlaşması üçün zəngin ölkələrdən maliyyə dəstəyi verilməsi. 4) Paris İqlim Sazişinin işlək olması üçün yazılmış Paris Qaydaları Kitabının tamamlanması.