06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədə Qarabağ Zəfərinə həsr edilən beynəlxalq turnir keçiriləcək

02.11.2021

Noyabrın 5-dən 8-dək Türkiyənin Alanya şəhərində beynəlxalq futvolley turniri keçiriləcək.

"Qarabağ zəfəri kuboku” adı altında keçirilən yarış II Qarabağ müharibəsində qazanılan qələbəyə həsr olunub.

Turnirdə Azərbaycanla yanaşı, Braziliya, Almaniya, Ukrayna, Avstriya, Türkiyə, Rusiya, İsrail, Fransa və Niderland futvoleyçiləriləri də mükafatlar uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, turnir "Azərbaycan Xalqlar Dostluğu” Dərnəyinin və Azərbaycan FutNet Federasiyasının təşəbbüsü, Dünya Futvoley Federasiyasının razılığı və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçiriləcək.