06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ-ın Bakı səfiri İrəvana getdi

02.11.2021

 ABŞ Dövlət katibinin müavininin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Erika Olson Ermənistan, Azərbaycan və Gürcüstana səfəri bu gün başlayır.

DM xəbər verir ki, bu məlumatı ABŞ-ın Ermənistandakı səfirliyi yayıb. Məlumata görə, səfərdə əsas məqsəd regional tərəfdaşlığın stimullaşdırılması və ikitərəfli məsələlərin müzakirəsi olacaq.

Olsonun 2-4 noyabrda İrəvanda ABŞ-ın Cənubi Qafqaz regionundakı missiya rəhbərləriylə iclasda iştirak edəcəyi bildirilib. İclasa ABŞ-ın Ermənistan, Gürcüstan və Azərbaycandakı səfirlərinin, Qafqaz məsələləri ilə bağlı danışıqlar üzrə baş məsləhətçi Endryu Şofer və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Vaşinqton ofisinin direktor müavini Aleksandr Sokolovskinin qatılacağı vurğulanıb.