06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Fransa Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası prosesini dəstəkləyir

02.11.2021

 Fransa Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinin başlanmasının mümkünlüyünü dəstəkləyir və bu problemin həlli üçün sülh mühitinin yaradılmasının vacibliyini qeyd edir.

Bu barədə Fransanın Ermənistandakı səfiri Ann Luyo bildirib.

"Təbii ki, Fransa hesab edir ki, sərhədin demarkasiyası və delimitasiyasına nail olmaq vacibdir (Ermənistan və Azərbaycan arasında - TASS). Və biz də beynəlxalq ictimaiyyət kimi bu proseslərin sülh yolu ilə aparılmasına çağırırıq. Aydındır ki, sülh mühitinin yaradılması demarkasiya və delimitasiya işlərini sürətləndirəcək”, - deyə o vurğulayıb.