06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şimali Makedoniyanın baş naziri istefası haqqında açıqlama verdi

02.11.2021

 Şimali Makedoniyanın baş naziri Zoran Zaev istefa verib.

Bu barədə o, rəsmi "Twitter” səhifəsində yazıb.

Balkan ölkəsinin siyasətçisi bu qərarı hakim partiya- Makedoniya Sosial Demokrat İttifaqı seçkilərdə ikinci turda məğlub olduqdan sonra verib.

"Vətəndaşlarla birlikdə azadlıq və demokratiya gətirdik, demokratiya olanda məsuliyyət də yaranır. Mən Şimali Makedoniyanın baş naziri və partiyanın rəhbəri vəzifəsindən istefa verirəm”, - deyə Zaev vurğulayıb.

Yerli nəşrlərin yazdığına görə, Zaev hesab edir ki, ölkədə növbədənkənar seçkilərin keçirilməsinə ehtiyac yoxdur. Qanuna görə, koalisiyanın yeni səsvermə olmadan baş nazir postuna başqa namizədi razılaşdırmaq və hökuməti formalaşdırmaq hüququ var.