25 08 2025-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

İsrail sərhədlərini turistlərə açır

02.11.2021

 İsrail 20 aydan sonra sərhədlərini Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənmiş dərmanlarla altı ay əvvəl koronavirusa qarşı peyvənd edilmiş xarici turistlər üçün açıb.

"Pfizer”, "Moderna”, "AstraZeneca”, "Sinovac”, "Sinopharm”, "Johnson & Johnson” və "Covishield” dərmanları ilə tam peyvənd olunmuş əcnəbilərin ölkəyə buraxılmasına icazə verilir. Xüsusilə, son peyvənd altı aydan çox müddət olmayaraq vurulmalıdır. Bu şərtlərə cavab verən xarici vətəndaşlar həm də uçuşdan 72 saat əvvəl və Ben Qurion hava limanında PCR testləri etməli, həmçinin mənfi nəticə əldə olunana qədər İsraildə təcrid olunmalıdırlar.

İsrailə gəlmək istəyənlər ölkəyə daxil olmazdan 14 gün əvvəl (koronavirusun yayılması təhlükəsi ilə bağlı) qırmızı zonada olan hansısa dövlətdə olmamalıdırlar”.