06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qaracalada dava düşdü

01.11.2021

 Gürcüstanın Telavi rayonunun azərbaycanlıların yaşadığı Qaracala kəndində ötən gecə kütləvi dava olub.

DM xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.

Məlumata görə, polis əməkdaşları kənddə patrul xidməti aparan zaman kütləvi dava ilə qarşılaşıb. Polis əməkdaşları 15-ə yaxın şəxsin iştirak etdiyi qarşıdurmada vəziyyəti sakitləşdirməyə çalışsalar da, tərəflər polisin çağırışlarına tabe olmayıb, davanı davam etdiriblər. Onların əksəriyyətinin sərxoş vəziyyətdə olduqları bildirilib.

Davanın qarşısını ala bilməyən polis əraziyə əlavə qüvvələr çağırmağa məcbur olub. Mübahisə tərəflərindən biri polisə qarşı aqressiv olub, hüquq-mühafizə orqanlarının əməkdaşları təhqir olunub və fiziki təzyiqə məruz qalıb. Polis əməkdaşları arasında xəsarət alanlar olub.

Dava iştirakçılarından 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin zorakılıq, polis əməkdaşlarına təcavüz və tabe olmama maddələri üzrə istintaq aparılır.