05 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qazaxıstan Azərbaycana uçuşları bərpa edir

01.11.2021

 2021-ci il noyabrın 7-dən etibarən Qazaxıstanın "Air Astana" aviaşirkəti Almatı-Bakı marşrutu ilə reyslərin həyata keçirilməsinə başlayacaq.

DM-in məlumatına görə, bununla əlaqədar Qazaxıstanın koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üzrə qurumlararası komissiyasının qərarında deyilir.

Qeyd olunur ki, uçuşlar həftədə iki dəfə, cümə axşamı və bazar günləri həyata keçiriləcək. Qərarda o da bildirilir ki, Qazaxıstandan Azərbaycana reyslərin sayının artırılması mövcud epidemioloji vəziyyətdən, eləcə də qurumlararası komissiyanın və Azərbaycanın müvafiq strukturlarının qərarlarından asılı olacaq.