05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu rayonlarda istiliyin verilməsinə başlanıldı

01.11.2021

 Respublikanın dağlıq və dağətəyi rayonlarında istilik mövsümü başlayıb.

DM xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərişinə əsasən hər il noyabrın 1-də dağlıq və dağətəyi rayonlarında istiliyin verilməsinə başlanılır.

Digər ərazilərdə və Bakıda isə istilik mövsümü noyabrın 15-dən başlayır.

Qeyd edək ki, hazırda "Azəristiliktəchizat" ASC-yə məxsus 550 qazanxana istismar edilməklə 3800 yaşayış binası, mənzil, 291 məktəb, 150 uşaq bağçası, 159 səhiyyə, 112 büdcədən maliyyələşdirilən digər sosial obyekt və 1188 təsərrüfat obyekti istiliklə təmin edilir.