05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Makron Böyük Britaniyanı hədələdi

01.11.2021

 Böyük Britaniya hakimiyyəti Avropa İttifaqı ilə Breksit razılaşmasına əməl etməsə, Fransa lazımi tədbirləri görəcək.

DM xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

"Əgər Böyük Britaniya sazişdə nəzərdə tutulan addımları atmasa, biz lazımi tədbirləri görməyə məcbur olacağıq", - deyə Fransa lideri bildirib.

Onun sözlərinə görə, Paris balıqçılıq mübahisəsində eskalasiyanı istəmir:

"London balıqçılıqla bağlı mövqeyini dəyişməkdən imtina edərsə, Fransa hökuməti və Aİ səlahiyyətlilərinin cavab tədbirləri görmək hüququ var".