29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Elman Rüstəmov manatın məzənnəsindən DANIŞDI

29.10.2021

 "Hazırda təzyiqlər manatın möhkəmlənməsi istiqamətindədir”. 

DM-in məlumatına görə, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.

Baş bankir manatın devalvasiyası ilə bağlı mediada yayılan məlumatlara cavab olaraq bildirib ki, fundamental amilləri və hazırkı prosesləri dəyərləndirdikdə yüksələn neft qiymətlərini, qeyri-neft ixracının artmasını müşahidə edirik:

"Tədiyə balansında əhəmiyyətli profisit gözləyirik. Beynəlxalq proqnozlara əsasən neft qiymətlərində müsbət tendensiya növbəti ilin əvvəlində də gözlənilir”.

Elman Rüstəmovun sözlərinə görə, qeyd edilənlər nəzərə alınaraq, bu il və növbəti ildə makroiqtisadi dayanıqlılıq və manatın məzənnəsi üçün hər hansı təhlükə yoxdur:

"Manatın dəyərinin düşməsi gözlənilmir”.