28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Zəngəzurdan Naxçıvana yol açılacaq” - Erməni deputat

29.10.2021

 Ermənistan parlamentinin "Vətəndaş müqaviləsi” fraksiyasının üzvü Qaqik Melkonyan yaxın vaxtlarda Moskvada rəsmi görüşlərin planlaşdırılmadığını bildirib.

DM xəbər verir ki,  bu barədə "Joxovurd” qəzeti məlumat yayıb.  Onun sözlərinə  görə,  görüş Azərbaycan-Ermənistan  sərhədlərinin  demarkasiyası və delimitasiyası ilə bağlıdır. 

Həmçinin də,  deputat Azərbaycan Naxçıvana Ermənistan ərazisindən yol alacağını  qeyd edib:

"Biz buna yol deyirik, onlar dəhliz deyirlər. İndi biz Qarabağa necə girib-çıxırıq? Onlar da belə imkan əldə edəcək və Naxçıvana yolları olacaq”.

Qəzetin yazdığı kimi, Ermənistan hökuməti Naxçıvana açılacaq bu yola nəzarət edəcəyinə əmin deyil.