05 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Taliban” 14 ölkənin rəsmisi ilə görüşdü

28.10.2021

 "Taliban”ın rəhbərliyində təmsil olunan şəxslər Qətərin paytaxtı Dohada 14 ölkənin rəsmi nümayəndəsi ilə görüş keçirib.

Bu barədə "Taliban”ın sözçüsü Bilal Kərimi məlumat verib.

B.Kərimi görüşdə iştirak edən nümayəndələrin hansı ölkələrdən olması barədə tam siyahını açıqlamasa da, onların arasında Almaniya, Yaponiya, Yeni Zelandiya və Norveçdən olan nümayəndələrin olduğunu qeyd edib.

Görüşdə əsas mövzu ABŞ-ın Əfqanıstanın xarici banklarda olan aktivlərinin dondurulması olub.

"Taliban” bu iqtisadi blokadanın dərhal aradan qaldırılması üçün beynəlxalq aləmdən ABŞ-a təzyiq göstərməyi xahiş edib.