05 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qarabağla bağlı bəzi siqnallar var - Akar

28.10.2021

 Mina xəritələrinin ən qısa zamanda verilməsi ilə bağlı danışıqlar davam edir. Prezidentimizin Azərbaycana səfəri zamanı diqqət çəkdiyi məsələ regionda atəşkəsə bağlı sabitliyin və əmin-amanlığın bərqərar olmasıdır.

DM xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

"Tək bir ölkə üçün deyil. Bu məqamda hər kəsin masa arxasına əyləşib müzakirə etməsi və atəşkəsin daimi olması, sabitliyin təmin edilməsi, insanların əmin-amanlıq və firavan yaşaması vacibdir. Bunun üçün nə etmək lazımdırsa, biz Türkiyə Cümhuriyyəti olaraq hər bir məsələdə olduğu kimi, bu məsələdə də çox konstruktiv danışıqlara, dialoqa açıq, ağlabatan və məntiqli həll yollarını ortaya qoyuruq.

Atəşkəsin əldə edildiyi ilk gündən Türkiyə Silahlı Qüvvələri minalardan təmizləmə işlərinə qoşulub. Minalar və əldəqayırma partlayıcı maddələr təmizləndikcə bu ərazilər daha təhlükəsiz, kənd təsərrüfatı və məskunlaşma üçün açıq olur. Eyni fəaliyyəti Liviyada da edirik. Bununla əlaqədar olaraq Silahlı Qüvvələrimizin şəxsi heyəti dost və qardaş ölkələrin Silahlı Qüvvələrinə bu mövzuda təlimlər keçirir.

Bəzi siqnallar var. Bizim gözləntimiz regionun rahatlıq və dinclik tapması yönümündədir", - deyə Akar bildirib.