16 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Bayraqdar” Donbasda qorxu yaradıb

27.10.2021



Qorxularımız təsdiqlənir, "Bayraqdar”ların tədarükü neqativ nəticələrə və destabilizasiyaya gətirib çıxara bilər.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Bizim Türkiyə ilə həqiqətən xüsusi, yaxşı münasibətlərimiz var, amma hazırkı məqamda bizim qorxularımız təsdiqlənir. Belə növ tədarüklər təmas xəttində situasiyanın potensial destabilizasiyasına gətirib çıxara bilər”, – deyə o bildirib.

Qeyd edək ki, ötən gün Ukrayna Silahlı Qüvvələri Donbas ərazisində ilk dəfə olaraq "Bayraqdar” PUA-sından istifadə edib. "Bayraqdar” atəşkəsi pozan haubitsanı məhv edib.

Haubitsadan açılan atəş nəticəsində isə bir ukraynalı əsgərin öldüyü, digərinin isə yaralandığı bildirilib.