02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Keryan: “Əliyevə eşq olsun!”

27.10.2021


Dünən Azərbaycan saytları Ərdoğanla Əliyevin təşəbbüsü ilə bir ildən az müddət ərzində tikilmiş müasir Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimini nümayiş etdirirdilər.

Bunu erməni politoloq Qagik Keryan deyib.

"İllər boyu davam edən Şimal-Cənub yolunun tikintisinin biabırçı nəticələrini və onunla bağlı korrupsiya qalmaqallarını xatırladığım zaman məni çox ağır hisslər bürüyür. Görəsən, azərbaycanlıların aeroportu bu qədər tez müddətdə tikməsi üçün nə qədər "beyin forumları” lazım olub”, - o qeyd edib.

Erməni ictimaiyyətinin nümayəndələri isə politoloqun sözlərini reaksiyasız qoymayıblar.

"Bu otuz il ərzində vətənpərvər və əsl kişi kimi yaşayan Əliyevə eşq olsun! Bu adam söz verirsə, onu mütləq edir, yalançı vətənpərliyini küçələrə tökmür”, - şərhçilərdən biri yazıb və Keryan onunla razılaşıb.