03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Gürcüstanda virusdan ölüm sayı 10 minə yaxınlaşır

27.10.2021


Gürcüstanda son sutkada daha 4337 nəfər koronavirusa yoluxub, 3137 nəfər müalicə olunaraq sağalıb, 42 nəfər isə pandemiyanın qurbanı olub.

Bu barədə Gürcüstan hökumətinin rəsmi stopgov.ge saytında məlumat yerləşdirilib.

Bildirilir ki, ölkədə koronavirusa yoluxanların sayında azalma müşahidə olunub. Son 14 gündə yoluxma əhalinin 8,91 faizini təşkil edirdisə, son bir həftədə bu rəqəm 8,80 faizə enib.

Bununla da ölkədə COVID-19 virusuna yoluxanların ümumi sayı 703 281-ə, sağalanların sayı 642701-ə, ölənlərin sayı isə 9873-ə çatıb.

Ölkə üzrə ən çox yoluxma paytaxt Tbilisidə qeydə alınıb – 1412 nəfər. Azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsində isə bu rəqəm 356 olub.

Hazırda ölkə üzrə 51 nəfər karantin rejimində, 43457 nəfər isə özünütəcrid rejimindədir.