02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yeni hərbi hissələr Azərbaycanın əlini gücləndirir – FOTO

26.10.2021

Azərbaycan dövlətinin işğaldan azad edilmiş ərazilərdə yeni hərbi hissələr yaratması ölkənin müdafiə potensialının gücləndirilməsi və təhdidlərə qarşı operativ, çevik cavab verməsi baxımından önəmlidir.

Müdafiə Nazirliyinə məxsus hərbi hissələrlə yanaşı Dövlət Sərhəd Xidmətinin (DSX) də hərbi hissələrinin yaradılması Silahlı Qüvvələrdə koordinasiyanı təkmilləşdirir.

Bu, postmüharibə üçün zəruri addımlardır, çünki postmünaqişə periodunun özü də bir sıra risklər doğurur, yeni hərbi hissələr isə həmin risklərə qarşı preventiv tədbirlər kompleksinin tərkibinə daxildir.

Prezident İlham Əliyev oktyabrın 25-də DSX-nin Qubadlıda yeni istifadəyə verilən hərbi hissə kompleksinin açılışında iştirak edib.

Ermənistanla sərhəd zolağında DSX-nin bir neçə hərbi hissəsi fəaliyyət göstərir. Ermənistanla sərhədlərin delimitasiya və demarkasiya prosesinin getməsi ərəfəsində DSX-nin Ermənistanla sərhəddəki hərbi hissələri sərhəd qoşunlarının mövqelərini gücləndirir.

DSX-nin yeni hərbi hissələri həm də dövlət sərhəd rejiminin müəyyən edilməsini asanlaşdırır.

Sərhəd rejimi dövlət sərhədində müxtəlif işlərin görülməsi, mədən fəaliyyəti və başqa fəaliyyət növlərinin göstərilməsi qaydasını müəyyənləşdirir.

DSX-nin yeni hərbi hissələrindəki silah arsenalı da diqqət çəkir. Bura ən müasir silahlar daxil edilib. Yeni kompleksin döyüş texnikası parkında helikopterlər, "HAROP”, "Quzğun” və "Qırğı” zərbəendirici pilotsuz uçuş aparatları mövcuddur. Tank əleyhinə dəzgahlı qumbaraatanlar və idarə olunan raketlər, 120 və 82 millimetrlik minaatanlar, zenit qurğuları və digər müasir silah sistemləri də hərbi hissədə yerləşdirilib.

Nəticə kimi qeyd edə bilərik:

- Yeni hərbi hissələr postmüharibə dövrü üçün Azərbaycanın Ermənistan üzərində siyasi, iqtisadi, diplomatik üstünlüyünün daimi təminatçısına çevrilir.