02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Youtube” Braziliya prezidentinə qadağa qoydu

26.10.2021

 "Youtube” videohostinq xidməti Braziliya prezidenti Jair Bolsonaronun rəsmi kanalını bir həftə müddətinə yeni videolar yerləşdirmək imkanından məhrum edib.

DM xəbər verir ki, bu barədə ABŞ-ın "Google” şirkətinə məxsus "YouTube” xidməti məlumat yayıb.

Bildirilib ki, COVID-19 haqqında tibbi xarakterli qeyri-dəqiq məlumatların yayılması ilə bağlı qaydaları pozduğuna görə Jair Bolsonaronun kanalından video silinib:

"Biz məzmunun yaradıcısının kim olmasından və onun siyasi baxışlarından asılı olmayaraq öz siyasətimizi ardıcıl şəkildə tətbiq edirik”, - videohostinqin administrasiyası bildirib.

Qeyd edək ki, "YouTube” xidməti koronavirusa qarşı peyvəndlə bağlı yalan məlumatları silir.