02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan Prezidenti Şavkat Mirziyoyevi təbrik etdi

25.10.2021

 Prezident İlham Əliyev özbəkistanlı həmkarı Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb. 

Prezident.az xəbər verir ki, məktubda deyilir:

"Özbəkistan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Seçkilərdə qazandığınız inamlı qələbə ölkənizin rifahı yolunda həyata keçirdiyiniz siyasi xəttin qardaş Özbəkistan xalqı tərəfindən dəstəklənməsinin, əsl lider kimi şəxsinizə bəslənən böyük inam, hörmət və etimadın parlaq təzahürüdür.

Azərbaycan ilə Özbəkistanı xalqlarımızın ortaq mənəvi dəyərlərindən qaynaqlanan möhkəm dostluq və qardaşlıq münasibətləri birləşdirir. Bu sarsılmaz təməllər üzərində qurulmuş əlaqələrimizin, qarşılıqlı faydalı əməkdaşlığımızın hazırkı səviyyəsi və gündən-günə genişlənməsi xüsusi məmnunluq doğurur.

Əminəm ki, zəngin milli-mənəvi dəyərlərimizdən güc alan Azərbaycan-Özbəkistan dostluğu və strateji tərəfdaşlığı qardaş xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da yüksələn xətlə inkişaf edəcək və möhkəmlənəcəkdir.

Hörmətli Şavkat Miromonoviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Özbəkistan Respublikasının əmin-amanlığı və firavanlığı naminə ali dövlətçilik fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm”.