İrəvan-Gümrü qatarı daşa basıldı  
    
                          
     
                         25.10.2021
 
    
                        İrəvan-Gümrü-İrəvan marşrutu ilə hərəkət edən sərnişin qatarı naməlum şəxslər tərəfindən daşa basılıb.
DM erməni KİV-ə istinadən xəbər verir ki, məlumatı Cənub Qafqaz Dəmir Yolu Şirkəti yayıb.
Hadisə nəticəsində vaqonların şüşələri sınıb. İnsidentin hansı səbəbdən baş verdiyi ilə bağlı məlumat verilməyib.