04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sudanda dövlət çevrilişi baş verdi

25.10.2021

 Gecə  saatlarında Sudanda dövlət çevrilişi baş verib. 

DM xəbər verir ki, hərbçilərin təşkilatçılığı ilə həyata keçirilən çevrilişdə  Baş nazir  Abdullah Həmdükün iqamətgahına basqın edilb. Nəticədə Baş nazir  əsgərlər  tərəfindən həbs edilib. 

Qiyamçılar Abdullahla yanaşı,  digər  4 nazirin  evinə  basqın edərək,  onları da həbs  ediblər.  5 nazirin saxlanıldığı çevriliş cəhdi xalqın ayağa qalxmasına səbəb olub.  Yüzlərlə  sudanlı  Baş nazirin iqamətgahının önündə  etiraz nümayişi keçiriblər. 

Ordu paytaxtda yolları və körpüləri bağlayıb. Hadisədən sonra Sudanın Məlumat Nazirliyi  məlumat yayıb. 

"Suverenlik Şurasının bəzi üzvləri və keçid hökumətinin bəzi nazirləri hərbçilər tərəfindən nəzarətə alındı",- deyə  məlumatda qeyd olunub. 

Qeyd edək ki,  21 sentyabr tarixində də ölkədə hərbçilər dövlət  çevrilişinə  cəhd etmişdi. Lakin cəhdin qarşısı alınmış,  40-a yaxın zabit  həbs edilmişdi.