23 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə ABŞ-dan F-16 təyyarələri alır

23.10.2021



Türkiyənin ABŞ-dan F-16 qırıcı təyyarələrini satın alması proseduru başlanıb.

 Anadolu informasiya agentliyi xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

"F-16 təyyarələrinin alınması ilə bağlı texniki işlərə başlanılıb. Biz bu prosesi yaxından izləyirik. Türkiyənin güclənməsi həm də NATO-nun güclənməsi deməkdir”, - deyə Hulusi Akar bildirib.

Onun sözlərinə görə, Türkiyənin müdafiə sənayesində milli məhsulların nisbəti 80 faizə yaxınlaşıb. Buna baxmayaraq, xaricindən alınmalı məhsullar da olduğunu qeyd edən nazir deyib: "Əlimizdə olan F-16 təyyarələrini dəyişməliyik. Strateji müttəfiqimiz, dostumuz ABŞ-la həm "Block 70 Viper F16” təyyarələrinin tədarükü, həm də bəzi təyyarələrin modernizə edilməsi üçün texniki işlər başlanılıb”.

Qeyd edək ki, Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksləri aldıqdan sonra ABŞ Ankaraya təzyiq göstərməyə başlayıb və ona beşinci nəsil F-35 təyyarələrini satmaqdan imtina edib. Lakin bu, əks-effekt yaradıb və son vaxtlar Ankaranın Moskvadan yeni nəsil təyyarələr almaq imkanlarını nəzərdən keçirdiyi barədə məlumatlar yayılıb.