24 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Aİ miqrantlara qarşı sərhəd divarları tikəcək

23.10.2021


Avropa İttifaqı (Aİ) qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün sərhədlərdə tikanlı məftillər və divarların inşası üçün maliyyə vəsaiti ayırmayacaq.

Bu sözləri Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen Aİ-yə üzv ölkələrin dövlət və hökumət başçılarının sammitinin yekunlarına dair Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə keçirdiyi mətbuat konfransında deyib.

Avrokomissiyanın Prezidenti sammitdə qeyri-qanuni miqrasiya ilə mübarizə üçün "fiziki maneələr” kimi tədbirlərin görülməsinin müzakirə edildiyini bildirib: "Lakin Avropa Komissiyası və Avropa Parlamenti miqrasiya ilə mübarizə tədbirləri çərçivəsində tikanlı məftillər və divarların inşası üçün maliyyə vəsaitinin ayrılmaması məsələsində həmfikirdir”.

Aİ Şurasının Prezidenti Ş.Mişel isə Avropa Komissiyasına miqrasiya ilə mübarizə tədbirlərinə dair yeni təkliflər təqdim etdiklərini bildirib.

Qeyd edək ki, Yunanıstan, Avstriya, Macarıstan, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Litva, Latviya, Slovakiya və Polşanın daxili işlər və ya miqrasiyadan məsul nazirləri birgə məktub imzalayaraq Avropa Komissiyasından Aİ sərhədlərini miqrantlara qarşı "fiziki maneələr”lə gücləndirməyi tələb etmişdilər.