26 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qəhrəman Əli Nəcəfovun şəhadətindən bir il keçir

22.10.2021

 Bu gün Vətən müharibəsi şəhidi Əli Nəcəfovun şəhadətindən bir il keçir. 

Şəhidimiz 1998-ci il mayın 24-də Masallı rayonunun Tüklə kəndində anadan olub. 2004-2015-ci illərdə Binəqədi rayon 276 nömrəli tam orta məktəbdə təhsil alıb.

2016-2020-ci illərdə isə Azərbaycan Universitetində "Maliyyə və iqtisadiyyat” ixtisası üzrə ali təhsil alıb.

Vətən müharibəsi başlayanda, sentyabr ayının 27-dən ordu sıralarına qoşulub. Oktyabrın 22-də Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı düşmən snayperi tərəfindən şəhid edilib.

Şəhidimizin nəşi oktyabrın 22-də doğulduğu Masallı rayonu Tüklə kəndində torpağa tapşırılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Əli Nəcəfov ölümündən sonra "Vətən uğrunda” medalı ilə təltif edilib.