25 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Baş həkimin cinayət işi üzrə şahidlərdən biri vəfat etdi

22.10.2021

 Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev, müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

DM xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda şahidlərin dindirilməsi mərhələsinə başlanılıb.

Elan olunub ki, iş üzrə ümumilikdə 36 şahid var.

İclasa 5 şahid dəvət olunsa da, onlardan 3 nəfəri prosesdə iştirak edib.

Bildirilib ki, şahidlərdən biri vəfat edib, digərinin isə səhhətində problemlər olduğu üçün iclasa gəlməyib.

Dindirilmə zamanı 2 şahid kimə nə qədər rüşvət verdiyini deyə bilməyib. Başqa şahid isə tanımadığı şəxsə avtomobildə 500 manat pulverdiyini deyib.

Proses oktyabrın 28-də davam etdiriləcək.