19 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Bakıda polisə müqavimət göstərən şəxslərdən YENİ XƏBƏR

22.10.2021

 30 mart 2021-ci il tarixində Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarına qarşı zor tətbiq olunması faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

Yasamal Rayon Prokurorluğundan verilən məlumata görə, istintaqla müəyyən edilib ki, şəhər sakini Vüsal Səmədov tanışları Abit İsmayılov və Əmrah Əhmədov ilə idarə etdikləri avtomobillə Yasamal rayonu ərazisində hərəkətdə olarkən Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən avtomobildə narkotik vasitələrin olması barədə əldə edilən əməliyyat məlumatı əsasında onlardan avtomobili saxlamaları tələb edilib.

Lakin sonuncular idarə etdikləri avtomobili polis əməkdaşlarının olduğu avtomobillərə çırparaq oradan qaçmağa cəhd göstərib, həmçinin öz xidməti vəzifəsini icra edən polis əməkdaşının üzərinə avtomobili sürərək ona qarşı müqavimət göstəriblər.

Avtomobilə baxış keçirilərkən oradan külli miqdrada müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülüb.

Abit İsmayılov, Vüsal Səmədov və Əmrah Əhmədov Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 (satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin müvafiq qərarları ilə həbs və ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.