07 12 2021-cu il Bakı 11 ℃
DM RADİO
Onlİne xəbər
07/12/2021
06/12/2021
03/12/2021
02/12/2021
01/12/2021
29/11/2021
27/11/2021

Fəxrəddin Altun Ermənistanın təxribatlarından danışdı

22.10.2021

 "Vətən müharibəsində Azərbaycan Ordusu erməniləri məğlubiyyətə uğratdıqca, Ermənistan mülki əhaliyə və infrastruktura qarşı hərbi cinayətini davam etdirirdi”.

DM-in məlumatına əsasən, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun İstanbulda keçirilən Türk Şurası Media Forumunda bildirib.

O deyib ki, Ermənistan beynəlxalq konvensiyalarla qadağan olunmuş silahlardan istifadə etməklə cinayət törədib.

"Ermənistan Gəncə, Mingəçeviri atəşə tuturdu. Bir il öncə ermənilər silahlarını günahsız insanlara yönəltmişdi, gözlərini Azərbaycan torpaqlarına, iqtisadiyyatına, enerji xətlərinə dikmişdi”, - deyə o əlavə edib.

Fəxrəddin Altunun sözlərinə görə, Türkiyə Vətən müharibəsində Azərbaycanla birgə mübarizə aparmaq şərəfinə nail olub:

"44 gün boyunca bir yandan Azərbaycanın haqlı mübarizəsinin dünyaya çatdırılmasına töhfə verərkən, digər tərəfdən də dezinformasiyalara qarşı birgə mübarizə apardıq”.