09 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyənin yeni HELİKOPTERİ - FOTO

19.08.2018

Türkiyədə T-625 adlı ilk milli çoxməqsədli helikopter hazırlanıb.
"Dövran Media" xəbər verir ki, helikopterin prototipi Türk Havacılık ve Uzay Sanayii AŞ (TUSAŞ/TAI) tərəfindən, Türkiyə Müdafiə Sənayesi Katibliyi ilə birgə hazırlanıb.
Növbəti mərhələdə helikopterin sistemləri sınaqdan keçiriləcək və o, ilk test uçuşlarına başlayacaq.
T-625 helikopterinin füzelyajı, ötürücü və rotor sistemi, şassi və avtopilotu TUSAŞ mühəndisləri tərəfindən hazırlanıb.
Türkiyədə çoxməqsədli ikimühərrikli helikopterin üzərində iş 2013-cü ildən aparılır.
TUSAŞ helikopterinin hazırlanmasına dair müqavilə 2013-cü ildə imzalanıb.
Helikopter təcili tibbi yardım briqadası, xilasetmə və yanğın əleyhinə əməliyyatlarda uğurla tətbiq oluna bilər.
Helikopterin heyəti iki nəfərdən ibarət olacaq. O, 12 nəfərdək sərnişini daşımaq üçün nəzərdə tutulub.