07 12 2021-cu il Bakı 11 ℃
DM RADİO
Onlİne xəbər
07/12/2021
06/12/2021
03/12/2021
02/12/2021
01/12/2021
29/11/2021
27/11/2021

Türk Şurası prezidentlər səviyyəsində yeni qərarlar qəbul edəcək

22.10.2021

 "Türk Şurasının dövlət başçıları səviyyəsində keçiriləcək sammitində çox önəmli qərarların qəbul edilməsi gözlənilir”.

DM-in məlumatına əsasən, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İstanbulda keçirilən Türk Şurası Media Forumunda deyib.

O bildirib ki, Türk Şurasına üzv dövlətlərin başçılarının imzası ilə qəbul olunacaq qərarlardan sonra qurum beynəlxalq münasibətlərdə daha da güclü mövqelərə sahib olacaq.

Hikmət Hacıyev qeyd edib ki, dünya ölkələri arasında Türk Şurası ilə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artmaqdadır.