25 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

BMT-dən Çinə ÇAĞIRIŞ

22.10.2021

 Birləşmiş Millətlər Təşkilatı Uyğur Muxtar Bölgəsində zülm və zorakılıq tətbiq etməkdə ittiham olunan Çinə növbəti dəfə çağırış edib.

DM xəbər verir ki,  BMT-nin bəyanatında 1 milyondan çox insanın yaşadığı  "siyasi maarif” düşərgələrinin mövcudluğu barədə məlumatlar qeyd edilib.

Türkiyə də daxil olmaqla 43 ölkə BMT rəsmilərinin bölgəni sərbəst şəkildə araşdırmasına icazə verilməsini tələb edib. 

Birgə bəyanatda regionda insan haqlarının pozulması ilə bağlı narahatlıq ifadə olunub. Həmçinin bildirilib ki, işgəncə, qeyri-insani rəftar, məcburi sterilizasiya, cinsi zorakılıq, uşaqların ailələrindən zorla ayrılmasını sənədləşdirən hesabatların sayı artıb.

Çin beynəlxalq öhdəliklərini yerinə yetirməyə və insan hüquqlarına hörmət etməyə çağırılıb.