27 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Saakaşvilinin həbsxanadan ilk görüntüləri yayıldı

21.10.2021

 Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilin həbsxanadan ilk fotoşəkli çəkilib.

DM xəbər verir ki, o, saxlandığı Rustavi 12 saylı cəzaçəkmə müəssisəsinin dəmirbarmaqlı pəncərəsindən tərəfdarlarını salamlayıb.

M.Saakaşvili türmə kamerasından tərəfdarlarına "Siz çox güclüsünüz" sözlərilə təşəkkür edib.

Bildirilib ki, o, pəncərədə bir neçə saniyə ərzində görünüb. Pəncərə tez bir zamanda bağlansa da, media nümayəndələri onu lentə ala biliblər.

Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, artıq 21-ci gündür aclıq aksiyası keçirir.